Dünyanın ən məşhur futbolçularından biri olan Kriştiano Ronaldo-nun uşaqlıq illərini keçirdiyi evdən artıq əsər-əlamət qalmayıb.
Portuqaliyanın Madeyra adasının Funşal şəhərində, Santo António bölgəsində yerləşən kiçik evdə Ronaldo ailəsi ilə birlikdə yaşayıb. Gələcək futbol ulduzu məhz burada böyüyüb və futbola ilk addımlarını atıb.
Ronaldo həmin illərdə küçələrdə və evin yaxınlığındakı meydançada futbol oynayır, daha sonra isə Andorinha klubunda çıxış etməyə başlayır. Uşaqlıq evinin qonşuları da onun kiçik yaşlarından futbola böyük maraq göstərdiyini xatırlayırlar.
Lakin Ronaldo dünya şöhrəti qazandıqdan sonra belə, onun uşaqlıq evi qorunub saxlanılmayıb. Bina bələdiyyəyə məxsus olub və yararsız vəziyyətə düşdüyü üçün 2007-ci ildə sökülüb.
Bu gün həmin ərazidə Ronaldo-nun vaxtilə yaşadığı evin yerində dayanacaq sahəsi yerləşir. Yaxınlıqda isə onun futbolçu kimi keçdiyi yolu xatırladan futbol meydançası var.
Beləliklə, dünyanın ən çox qazanan və tanınan futbolçularından birinin keçmişdə yaşadığı sadə ev bu gün yalnız xatirələrdə qalıb.
Videoda isə Ronaldo-nun uşaqlıq illərini keçirdiyi ərazinin hazırkı görüntülərini görə bilərsiniz.

