Rusiya və İran XİN başçıları Qırğızıstanda bir araya gəldi

Rusiya və İran XİN başçıları Qırğızıstanda bir araya gəldi

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

Xeberyerinde APA-ya istinadən xəbər verir ki, bu barədə İran XİN başçısı sosial şəbəkə hesablarında paylaşım edib.

Bildirilib ki, görüş Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər Fars körfəzindəki mövcud gərginliyi və münaqişənin sülh yolu ilə həlli perspektivlərini müzakirə ediblər.

Nazirlikdən bildirilib ki, Rusiya tərəfi bölgədə sabitlik və təhlükəsizliyin bərpası üçün hərbi əməliyyatların dayandırılmasının və qısa müddətdə davamlı razılaşmaların əldə edilməsinin vacibliyini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir