Rusiyada neft tankerinə PUA hücumu

Rusiyada neft tankerinə PUA hücumu

Rusiyanın Novorossiysk limanında yerləşən yükləmə məntəqəsində Marşall adaları bayrağı altında üzən “NIFFOS SIFNOS” tankerinə dron hücumu həyata keçirilib.

Xeberyerinde Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Xəzər Boru Kəməri Konsorsiumunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hücumdan sonra obyektdə neft yüklənməsi müvəqqəti dayandırılıb. Dron zərbəsi nəticəsində tankerdə baş verən yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb və gəmi üzmə qabiliyyətini qoruyub saxlayıb. Hazırda dəymiş zərərin həcmi qiymətləndirilir.

Məlumata görə, limandan altı dəniz mili aralıda Men adası bayrağı altında üzən “MARATHI” tankeri də dron hücumuna məruz qalıb.

Xəzər Boru Kəməri Konsorsiumu beynəlxalq infrastruktur obyektlərinə edilən hücumların Qazaxıstanın və şirkətin Qərb səhmdarlarının iqtisadi maraqlarına ciddi zərər vurduğunu bildirib.

Qeyd edək ki, iyulun 20-də də Ukrayna Silahlı Qüvvələrinin Novorossiysk limanı yaxınlığında yerləşən Xəzər Boru Kəməri Konsorsiumunun terminalında “Nelsa” tankerinə dron hücumu təşkil etdiyi açıqlanmışdı.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir