İyulun 31-nin hava proqnozu açıqlandı

İyulun 31-nin hava proqnozu açıqlandı

Milli Hidrometeorologiya Xidməti iyulun 31-nə gözlənilən hava proqnozunu açıqlayıb.

Xeberyerinde xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gün ərzində şimal-şərq küləyi ilə əvəz olunacaq.

Paytaxtda havanın temperaturu gecə 22-25, gündüz isə 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Ayrı-ayrı dağlıq ərazilərdə arabir duman olacaq.

Rayonlarda havanın temperaturu gecə 22-27, gündüz 34-38, dağlıq ərazilərdə isə gecə 15-20, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir