Rusiyada saxlanılan iki azərbaycanlı ölkəyə gətirildi

Rusiyada saxlanılan iki azərbaycanlı ölkəyə gətirildi

Azərbaycan vətəndaşları Nahid Əlicanlı və Renad Orucov Rusiyadan Azərbaycana ekstradisiya ediliblər.

Baş Prokurorluğun məlumatına görə, onların ölkəyə təhvil verilməsi ilə bağlı vəsatətlər Rusiya Baş Prokurorluğu tərəfindən təmin olunub.

Nahid Əlicanlı barəsində Qubadlı Hərbi Prokurorluğunda aparılan istintaq zamanı onun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu dövrdə xidmətdən yayınmasına dair əsaslı şübhələr müəyyən edilib.

Renad Orucov isə Nizami Rayon Polis İdarəsində araşdırılan cinayət işi üzrə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə şübhəli bilinib.

Hər iki şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib və istintaqdan yayınaraq gizləndikləri üçün dövlətlərarası axtarış elan olunub.

Onlar Rusiya ərazisində saxlanıldıqdan sonra Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətiriliblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir