Rusiyanın Kiyevə hücumu: 1 ölü, 13 yaralı

Rusiyanın Kiyevə hücumu: 1 ölü, 13 yaralı

Rusiyanın Kiyevə hücumu nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb

Rusiyanın iyulun 19-na keçən gecə Kiyevə endirdiyi raket və PUA zərbələri nəticəsində 1 nəfər həlak olub, 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xeberyerinde APA-ya istinadən xəbər verir ki, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində paytaxtın beş rayonunda dağıntılar və yanğınlar qeydə alınıb. Solomyanski rayonunda ofis binasında baş verən yanğının söndürülməsi davam edir. Digər ərazilərdə qeydə alınan yanğınlar isə artıq söndürülüb.

Hücum zamanı yaşayış binaları, inzibati obyektlər, avtomobillər və digər mülki infrastruktura ziyan dəyib. Xilasedicilər hadisə yerlərində işlərini davam etdirir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir