Rüşvət ittihamı ilə həbs edilən sabiq icra başçısının müddəti uzadıldı

Rüşvət ittihamı ilə həbs edilən sabiq icra başçısının müddəti uzadıldı

Balakən Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin həbs müddəti artırılıb.

“Xəbər Yerində” xəbər verir ki, bununla bağlı Səbail Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmənin qərarı ilə İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Sabiq başçıya hansı ittihamlar verilib?

İslam Rzayev ötən ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılıb.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi (külli miqdarda mənimsəmə) və 311.3.2-ci maddəsi (təkrar rüşvət alma) ilə ittiham olunur.

Qeyd edək ki, İslam Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir