Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb.
Xəbər Yerində “News24”ə istinadən xəbər verir ki, hadisə ilə bağlı məlumatı şahidlər yayıb.
Bildirilir ki, qəza nəticəsində xəsarət alanlar var.
İlkin məlumata görə, hadisəyə yağışlı hava şəraiti səbəb olub.
Hadisənin digər təfərrüatları araşdırılır.

