Şəhid anası faciəvi şəkildə həlak oldu – Goranboyda ağır qəza

Şəhid anası faciəvi şəkildə həlak oldu – Goranboyda ağır qəza

Goranboyda avtomobil dərəyə yuvarlandı: Şəhid anası həyatını itirdi

Xəbər Yerində Gencexeber-ə istinadən xəbər verir ki, Goranboy rayonunun Todan kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mehman Kazımovun idarə etdiyi “Lada Niva” markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb.

Qəza nəticəsində avtomobildə sərnişin olan Todan kənd sakini, 64 yaşlı Naqilə Həsənəliyeva ağır xəsarət alıb. Qadın Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Avtomobil sürücüsüz hərəkətə başlayıb

Məlumata görə, hadisə zamanı sürücü avtomobili saxlayaraq sükan arxasından düşüb. Bu zaman nəqliyyat vasitəsi eniş istiqamətində sürüşməyə başlayıb, sürət yığaraq dərəyə yuvarlanıb.

Həlak olan qadın şəhid anasıdır

Qeyd edək ki, həyatını itirən Naqilə Həsənəliyeva Birinci Qarabağ müharibəsi şəhidi Sirac Həsənəliyevin anasıdır.

Sirac Qulu oğlu Həsənəliyev 1986-cı ildə anadan olub. O, cəmi 6 yaşında olarkən Goranboy rayonunun Todan kəndində həyətlərində oynadığı zaman erməni qüvvələrinin atdığı top mərmisinin partlaması nəticəsində şəhid olub.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir