Şəhid və müharibə iştirakçılarının övladları üçün yeni proqram başlayır – FOTO

Şəhid və müharibə iştirakçılarının övladları üçün yeni proqram başlayır – FOTO

“McDonald’s Azərbaycan” və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) birgə əməkdaşlığı çərçivəsində şəhid və müharibə iştirakçılarının övladları üçün “Zəfərin varisləri” adlı şəxsi inkişaf proqramına start verilir.

Xəbər Yerində xəbər verir ki, 8 Noyabr – Zəfər Gününə həsr olunan layihənin əsas məqsədi gənclərin şəxsi potensialını üzə çıxarmaq, sosial bacarıqlarını gücləndirmək və gələcək imkanlarını genişləndirməkdir.

DSMF-nin təşəbbüsü ilə, tərəflər arasında 2024-cü ildə imzalanmış Anlaşma Memorandumu əsasında həyata keçirilən proqramın açılış mərasimi “McDonald’s” restoranında baş tutub.

Proqram kimləri əhatə edəcək?

2026-cı ilin noyabrından 2027-ci ilin noyabrınadək davam edəcək layihədə şəhidlərin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və müharibə iştirakçılarının 15–23 yaş aralığında olan övladları iştirak edə biləcəklər.

Proqram çərçivəsində gənclərin kommunikasiya, məhsuldarlıq və komanda işi, dəyişikliklərə uyğunlaşma, emosional intellekt və empatiya bacarıqlarının inkişafı nəzərdə tutulur.

Qeyri-formal təhsil prinsiplərinə əsaslanan təlimlər praktiki tapşırıqlar, qrup işləri, simulyasiyalar, müzakirələr və digər interaktiv üsullarla keçiriləcək. Bununla iştirakçıların qazandıqları bilikləri gündəlik həyatda tətbiq etmələri və sosial fəallıqlarını artırmaları hədəflənir.

İştirakçılar gələcəkdə təlimçi də ola biləcəklər

Layihənin əsas istiqamətlərindən biri təlimçi potensialı olan gənclərin müəyyənləşdirilməsi və onların “Təlimçilərin təlimi” (ToT) proqramı vasitəsilə hazırlanmasıdır.

Proqramı uğurla başa vuran iştirakçılar təcrübəli təlimçilərin mentorluğu ilə digər gənclər üçün təlimlər keçmək imkanı əldə edəcəklər.

Bununla yanaşı, layihə müddətində təlimçi və mentor şəbəkəsinin yaradılması, iştirakçılar arasında təcrübə mübadiləsinin təşkili, birgə fəaliyyətlərin həyata keçirilməsi və yeni təlim təşəbbüslərinin dəstəklənməsi planlaşdırılır. Bu mexanizmin proqramın birillik müddəti başa çatdıqdan sonra da fəaliyyətini davam etdirməsinə şərait yaradacağı gözlənilir.

“McDonald’s Azərbaycan”ın sosial təşəbbüsləri

Gənclərin inkişafına, təhsilinə və sosial inteqrasiyasına dəstək “McDonald’s Azərbaycan”ın korporativ sosial məsuliyyət fəaliyyətinin əsas istiqamətlərindəndir.

Şirkət DSMF ilə əməkdaşlıq çərçivəsində şəhid ailələrinin və müharibə iştirakçılarının övladları üçün müxtəlif sosial layihələr həyata keçirib. Bu təşəbbüslər sırasında uşaqlar üçün əyləncəli və maarifləndirici tədbirlər, yay düşərgələri, eləcə də birinci sinif şagirdlərinə məktəb ləvazimatlarının təqdim edilməsi yer alır.

“Zəfərin varisləri” proqramı tərəflər arasında əməkdaşlığın növbəti mərhələsi olmaqla gənclərin şəxsi və sosial bacarıqlarının inkişafına, gələcək həyat və karyera imkanlarının genişləndirilməsinə xidmət edir.

Proqramda iştirak üçün necə qeydiyyatdan keçmək olar?

Layihədə iştirak etmək istəyən müvafiq kateqoriyadan olan 15–23 yaşlı gənclər aşağıdakı vasitələrlə müraciət edə bilərlər:

  • Elektron poçt: [email protected]
  • DOST mərkəzləri
  • 142 Çağrı Mərkəzi
  • Dövlət Sosial Müdafiə Fondunun qəbul mərkəzləri

Qeydiyyat zamanı ad, soyad, ata adı, FİN kod və əlaqə nömrəsi təqdim edilməlidir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir