Şəkidə 46 yaşlı müəllim körpüdən yıxılaraq öldü-FOTO

Şəkidə 46 yaşlı müəllim körpüdən yıxılaraq öldü-FOTO

Şəkidə bədbəxt hadisə nəticəsində 46 yaşlı müəllim həyatını itirib.

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 07:30 radələrində şəhərdə yerləşən “Qoxmuq körpüsü” adlanan yolötürücüsündə baş verib.

Şəki şəhər 8 saylı beynəlmiləl orta məktəbində coğrafiya müəllimi işləyən Məmməd İslamov yolötürücüsündən çay yatağına düşüb. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Məmməd İslamov 2020-ci ildə 114 saylı Şəki kənd birinci seçki dairəsindən VI çağırış Milli Məclisə deputatlığa namizəd olub. Lakin seçkilərdə mandat qazana bilməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir