Şəmkir rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Dağ Daşbulaq kəndində qeydə alınıb.
2012-ci il təvəllüdlü E. Cəfərov ov tüfəngindən açılan atəş nəticəsində həyatını itirib.
İlkin məlumata görə, hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.

