Sərxan Kərəmoğlu APA TV jurnalistini tənqid etdi: “Cəzalandırılmalıdır”

Sərxan Kərəmoğlu APA TV jurnalistini tənqid etdi: “Cəzalandırılmalıdır”

Sərxan Kərəmoğlundan APA TV jurnalisti ilə bağlı qalmaqallı açıqlama: “Özü şərait yaratdı”

APA TV-nin jurnalistinin yanğın hadisəsini çəkərkən hücuma məruz qalması ictimai müzakirələrə səbəb olub.

Xəbər Yerində xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bölüşən Sərxan Kərəmoğlu hadisədə jurnalistin də davranışını tənqid edib. O, jurnalistin qarşı tərəfin həmin an əsəbi olduğunu nəzərə almalı və vəziyyətə uyğun davranmalı olduğunu bildirib.

Sərxan Kərəmoğlunun sözlərinə görə, jurnalist eyni zamanda diplomat olmalı, qarşısındakı şəxsin əsəbi olduğunu nəzərə almalı idi. O hesab edir ki, jurnalist öz davranışı ilə qarşı tərəfə mikrofonu əlindən almaq imkanı yaradıb və nəticədə mikrofon sındırılıb, arzuolunmaz hadisə baş verib.

Sərxan Kərəmoğlu APA TV-yə xüsusi hörmət bəslədiyini də vurğulayıb. O bildirib ki, indiyədək telekanalın fəaliyyətində irad doğuran məqam görməyib, lakin baş verən hadisədən sonra jurnalistin davranışını qəbuledilməz hesab edir.

O, hətta telekanal rəhbərliyinə müraciət edərək jurnalistin cəzalandırılmasını təklif edib. Sərxan Kərəmoğlu jurnalistin peşəkarlığını şübhə altına alaraq, mikrofonun onun əlindən alınması və sındırılması ilə nəticələnən vəziyyətdə məsuliyyətin jurnalistin davranışında da olduğunu iddia edib.

Qeyd edək ki, jurnalistə qarşı baş verən hücum sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir