Avqustun 28-də Azərbaycanda hava əsasən yağmursuz keçəcək.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Yağıntı gözlənilmir. Şimal-qərb küləyi arabir güclənəcək. Temperatur gecə 21–24°, gündüz isə 27–29° isti olacaq.
🌧️ Rayonlarda yağış və dolu ehtimalı var
Ölkənin əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə edilə bilər. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu rayonlarda gecə 20–25°, gündüz 30–35°, dağlıq ərazilərdə isə gecə 12–17°, gündüz 20–25° isti olacaq.

