Azərbaycanın “Sabah” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk matçına çıxıb.
Xəbər Yerində xəbər verir ki, Bakı təmsilçisi İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə Rumıniyanın paytaxtı Buxarestdə yerləşən “Quleşti” stadionunda qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən görüşdə “Sabah” hesabı ilk açan tərəf olub. Matçın 6-cı dəqiqəsində Velko Simiç fərqlənərək Azərbaycan klubunu önə keçirib.
Lakin “Hapoel” ilk hissənin sonlarına yaxın hesabı bərabərləşdirib. 43-cü dəqiqədə Ceyvon İst topu “Sabah”ın qapısından keçirib.
İkinci hissədə isə İsrail təmsilçisi qələbə qolunu vurub. 79-cu dəqiqədə İqor Zlatanoviç fərqlənərək komandasına 2:1 hesablı üstünlük qazandırıb.
Qarşılaşma bu hesabla başa çatıb.
Komandalar arasında cavab görüşü avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

