Sabah — sentyabrın 29-da Azərbaycanda hava şəraiti əsasən yağıntılı olacaq.
Xəbər Yerində xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Rayonlarda da yağış gözlənilir
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Yüksək dağlıq ərazilərdə qar yağması mümkündür. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Şərq küləyi bəzi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-6° isti, gündüz 6-10° isti olacaq.

