Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Xəbər Yerində xəbər verir ki, sentyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Temperatur gecə 19-23°, gündüz isə 28-32° isti olacaq.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal edilir. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq.

Rayonlarda temperatur gecə 18-22°, gündüz 30-35° isti təşkil edəcək. Dağlıq ərazilərdə isə gecə 8-13°, gündüz 20-25° isti olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir