Sabah hava isti olacaq

Sabah hava isti olacaq

Xəbər Yerində xəbər verir ki, sentyabrın 14-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Temperatur gecə 18-21°, gündüz isə 26-31° isti olacaq.

Ölkənin rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gün ərzində bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.

Rayonlarda temperaturun gecə 16-21°, gündüz 28-33°, dağlıq ərazilərdə isə gecə 8-13°, gündüz 20-25° isti olacağı bildirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir