Sabahkı hava proqnozu: yağış və dolu ehtimalı var

Sabahkı hava proqnozu: yağış və dolu ehtimalı var

Avqustun 10-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında gün ərzində əsasən yağıntısız hava hökm sürəcək. Şimal-qərb küləyinin bəzi saatlarda güclənəcəyi gözlənilir.

Bakıda temperatur 33 dərəcəyədək yüksələcək

Paytaxt və Abşeron yarımadasında gecə saatlarında temperatur 23-27° isti, gündüz isə 29-33° isti təşkil edəcək.

Atmosfer təzyiqinin 756 mm civə sütunu olacağı, nisbi rütubətin gecə 70-75 faiz, gündüz 40-45 faiz arasında dəyişəcəyi bildirilir.

Dağlıq rayonlarda leysan və dolu gözlənilir

Ölkənin əsasən dağlıq və dağətəyi ərazilərində hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı rayonlarda yağışın qısamüddətli leysan xarakteri daşıyacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.

Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə oluna bilər. Rayonlarda küləyin əsasən qərb istiqamətində mülayim əsəcəyi gözlənilir.

Havanın temperaturu aran və digər rayonlarda gecə 22-27°, gündüz 32-37° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 15-20°, gündüz 22-27° isti proqnozlaşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir