Sabiq səfir Ramiz Rizayev yataq xəstəsi olub

Sabiq səfir Ramiz Rizayev yataq xəstəsi olub

Azərbaycanın Rusiyadakı sabiq səfiri Ramiz Rizayevin səhhətində ciddi problem yaranıb.

Xəbər yerində AZXEBER.COM-a istinadən xəbər verir ki, bu barədə Ramiz Rizayev özü açıqlama verib.

87 yaşlı sabiq səfir bildirib ki, bir müddətdir ürəyi ilə bağlı xəstəliyi ağırlaşıb və hazırda yataq xəstəsidir. O, müalicə olunduğunu qeyd edib.

Ramiz Rizayev 1939-cu il noyabrın 2-də Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib və neft-kimya sahəsində elmi fəaliyyət göstərib.

O, 1993-cü ildə Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib və 2005-ci ilə qədər bu vəzifədə çalışıb.

Ramiz Rizayev 1983-cü ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib. Uzun illər Azərbaycan Dövlət Universitetində dərs deyib və AMEA-nın Kimya Problemləri İnstitutunda çalışıb.

Akademikin neft-kimya sahəsində çoxsaylı elmi əsərləri, müəlliflik işləri və patentləri var.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir