Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bir sıra ölkələrin fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.
Xeber Yerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov da etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib.
Bununla yanaşı, Moldova, Vyetnam, Koreya Respublikası, Cənubi Afrika Respublikası, Slovakiya, Almaniya, Sloveniya və Namibiyanın səfirləri də etimadnamələrini Tokayevə təqdim ediblər.

