Sahibkarlar üçün yeni güzəştlər: Dövlət xərclərin böyük hissəsini qarşılayacaq

Sahibkarlar üçün yeni güzəştlər: Dövlət xərclərin böyük hissəsini qarşılayacaq

İxracatçıların daşınma və gömrük xərcləri kompensasiya ediləcək

Sentyabrın 1-dən Azərbaycanda sahibkarlar, xüsusilə qeyri-neft-qaz məhsulları ixrac edən şirkətlər üçün yeni güzəştlər tətbiq olunacaq.

Xəbər Yerində Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı yaranan daşınma xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən qarşılanacaq.

Güzəşt dəmir yolu, hava, dəniz və Azərbaycanda qeydiyyatda olan avtomobillərlə həyata keçirilən daşınmalara şamil ediləcək. Xaricdə qeydiyyatda olan avtomobillərlə daşınma zamanı isə dövlət dəstəyi 50 faizədək olacaq.

Lakin kompensasiyanın məbləği müəyyən hədlərlə məhdudlaşdırılacaq. Avtomobil, dəmir yolu və hava nəqliyyatı üzrə dəstək ixrac olunan məhsulun gömrük dəyərinin 15 faizini, dəniz daşımalarında isə 5 faizini keçməyəcək.

Naxçıvan məhsullarına da güzəşt

Naxçıvanda istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınması zamanı çəkilən xərclərin də 70 faizədək hissəsi kompensasiya olunacaq.

Bundan başqa, mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların gömrük rəsmiləşdirilməsi üzrə ödədikləri bəzi yığımların bir hissəsi də dövlət büdcəsi hesabına qarşılanacaq.

Kompensasiyanın məbləği məhsulun növündən, ixrac ölkəsindən və müəyyən edilmiş yuxarı həddən asılı olacaq. Yeni güzəştlər 1 sentyabr 2026-cı ildən etibarən 10 il müddətinə tətbiq ediləcək.

Elektron xidmətlərə görə daha bir vergi yeniliyi

Sentyabrın 1-dən elektron ticarət qaydasında xidmət göstərən və Azərbaycanda illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir