Bakının Sabunçu rayonunda 27 yaşlı gənc qətlə yetirilib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Bakıxanov qəsəbəsində baş verib.
1999-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq öldürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin mərhumun qardaşı, 1995-ci il təvəllüdlü Aqil Qulamzadə olduğu bildirilir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

