Salyanda dəhşətli qəza: ölənlərin sayı 3-ə çatdı, 4 nəfər yaralandı-FOTO

Salyanda dəhşətli qəza: ölənlərin sayı 3-ə çatdı, 4 nəfər yaralandı-FOTO

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, qəza dəmir yolu keçidinin yaxınlığında qeydə alınıb. “Toyota” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində ilkin olaraq 2 nəfər hadisə yerində ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza zamanı “VAZ” markalı avtomobildə sıxılı vəziyyətdə qalan iki nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılıb.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin xəstəxanaya yerləşdirilən şəxslərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

Beləliklə, Salyanda baş verən ağır yol qəzasında ölənlərin sayı 3 nəfərə, yaralananların sayı isə 4 nəfərə çatıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir