Samuxda qəza: “Vito” hasara çırpıldı

Samuxda qəza: “Vito” hasara çırpıldı

Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes Vito” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı hasara çırpılıb.

Qəza zamanı 42 yaşlı Elşən Əliyev və 38 yaşlı Sabir Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb və onlara zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir