Seda Sayanı əsəbiləşdirən fotoşəkillər: “Bu kimdir?”

Seda Sayanı əsəbiləşdirən fotoşəkillər: “Bu kimdir?”

Türkiyəli müğənni Seda Sayan sosial şəbəkələrdə yayılan fotolara görə sərt reaksiya verib.

Bir magazin səhifəsində Sayanın makiyajsız və filtersiz görüntüləri olduğu iddia edilən fotolar paylaşılıb. Səhifə izləyicilərinə fotoların süni intellektlə hazırlanıb-hazırlanmadığını da soruşub.

Paylaşımı görən Seda Sayan görüntülərdəki şəxsin özü olmadığını bildirib.

Sənətçi fotonun altında yazılan şərhə cavab olaraq həmin şəxsin onunla heç bir əlaqəsinin olmadığını vurğulayıb və iddianı sərt şəkildə təkzib edib.

Seda Sayanın yaxın dostu Safiye Soymanın da müğənniyə dəstək verdiyi bildirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir