Sibirdə ayı dəhşəti: 66 yaşlı qadın öldü

Sibirdə ayı dəhşəti: 66 yaşlı qadın öldü

Xəbər Yerində xəbər verir ki, hadisə Rusiyanın Krasnoyarsk diyarının Yermakovsk bələdiyyə dairəsində yerləşən Verxni Kebej kəndində baş verib.

Məlumata görə, ayı 66 yaşlı qadına yaşadığı evin həyətində hücum edib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

Qeyd edək ki, bu, son bir ay ərzində Sibirdə ayı hücumu nəticəsində qeydə alınan altıncı ölüm hadisəsidir.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir