Skuter batareyaları partladı: Mağaza və mənzillərə ciddi ziyan dəydi

Skuter batareyaları partladı: Mağaza və mənzillərə ciddi ziyan dəydi

Bakının Nəsimi rayonunda skuterlərin batareyalarının enerji ilə doldurulması zamanı baş verdiyi iddia edilən partlayış yanğına səbəb olub.

Xeber Yerinde Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində yerləşən obyektdə baş verib.

Sakinlərin sözlərinə görə, skuterlərin batareyaları enerji ilə doldurularkən partlayış baş verib və bundan sonra mağazada yanğın başlayıb. Alov binanın yuxarı mərtəbəsində yerləşən mənzillərə də keçib.

FHN-in məlumatına görə, ümumi sahəsi 360 kvadratmetr olan obyektdə baş verən yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində obyektin tavanı, elektrikdoldurma avadanlıqları və 4 velosiped yanıb. Bundan başqa, ikinci mərtəbədə yerləşən iki mənzilin döşəmələri qismən zərər görüb.

Binanın və mənzillərin digər hissələri yanğından mühafizə olunub.

TƏBİB-dən bildirilib ki, hadisə ilə bağlı saat 05:45 radələrində təcili tibbi yardıma çağırış daxil olub. Hadisə yerinə briqada cəlb edilib və iki nəfərə yerində tibbi yardım göstərilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir