49-cu məhəllədə baş verən qəza ilə bağlı cinayət işi açılıb
Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.
Xəbər Yerində xəbər verir ki, hadisə dünən günorta saatlarında şəhərin 49-cu məhəllə kimi tanınan ərazisində qeydə alınıb.
1963-cü il təvəllüdlü Y. Əsgərovun idarə etdiyi “Kia Sorento” markalı avtomobil yolu keçən qadını vurub.
Qəza nəticəsində ağır xəsarətlər alan 1980-ci il təvəllüdlü Gülnarə Süleymanova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb. Fakt üzrə araşdırma aparılır.

