Süni intellektlə hazırlanan ilk türk serialı yayımlandı

Süni intellektlə hazırlanan ilk türk serialı yayımlandı

Xeber Yerinde “Unikal”a istinadən xəbər verir ki, Türkiyədə tamamilə süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanan ilk türk serialı yayımlanıb.

“Qala Divarları” adlı kvazi-tarixi serial iki 15 dəqiqəlik bölümdən ibarətdir və “Amazon Prime” platformasında təqdim olunub. Hadisələr müasir İran ərazisində yerləşən Ələmut qalasında cərəyan edir.

Serialda müxtəlif dillərdə səsləndirmələrdən istifadə olunub. Layihənin ssenarisini daha əvvəl “El Turco” serialında çalışan Kerem Deren və Cisil Hazal yazıblar.

İstehsalçı “Ay Yapım” şirkətinin açıqlamasına görə, layihənin hazırlanması zamanı ssenarinin işlənməsi və yaradıcı prosesdə “ChatGPT”, vizual araşdırma və ideyaların formalaşdırılmasında isə “MidJourney”dən istifadə edilib.

Bundan başqa, serialın istehsalında “Runway”, “Google Nano Banana”, “Veo”, “Kling”, “ComfyUI” və “Topaz” kimi süni intellekt əsaslı alətlərdən də yararlanılıb.

Beləliklə, “Qala Divarları” süni intellektin serial istehsalında tamhüquqlu yaradıcı və texniki vasitə kimi tətbiq edildiyi diqqətçəkən layihələrdən birinə çevrilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir