Şəkidə yüksək gərginlikli elektrik cərəyanı bir nəfərin həyatına son qoyub.
Xeberyerinde xəbər verir ki, hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.
Məlumata görə, elektrik transformatoruna müdaxilə edən Şəki rayonunun Çeşməli kənd sakini, 58 yaşlı Vüqar Mustafayev yüksək gərginlikli elektrik cərəyanının təsirinə məruz qalıb. Nəticədə o, yanaraq hadisə yerində həyatını itirib.
İlkin məlumata əsasən, mərhumun transformatora hansı səbəbdən müdaxilə etdiyi hələlik məlum deyil.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

