Şəkidə küçə itləri 60 yaşlı sakinə hücum etdi – burnunun qopardı-Video

Şəkidə küçə itləri 60 yaşlı sakinə hücum etdi – burnunun qopardı-Video

Şəkidə küçə itlərinin hücumuna məruz qalan 60 yaşlı sakin ağır xəsarət alıb.

Xəbər Yerində “Şəki.Media”ya istinadən xəbər verir ki, hadisə avqustun 6-da şəhər ərazisində baş verib. İşə gedən 1967-ci il təvəllüdlü Yusif Ağammədzadəyə küçə itləri hücum edib. Nəticədə itlər kişinin burnunun bir hissəsini qoparıb.

Hazırda ambulator müalicə alan Yusif Ağammədzadə nəfəs almaqda çətinlik çəkdiyini bildirir. Onun sözlərinə görə, zədənin aradan qaldırılması üçün qısa müddətdə əməliyyat olunmalıdır.

Maddi imkanları məhdud olan ailə isə əməliyyat xərclərini qarşılamaqda çətinlik çəkir.

Şəki Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, pasiyentə burun ucunun və sağ burun qanadının yumşaq toxuma və qığırdaq defekti diaqnozu qoyulub. İlkin tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicəyə buraxılıb.

Ailə hazırda Yusif Ağammədzadənin əməliyyat olunması üçün çıxış yolu axtarır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir