Aktyor və ssenarist Taleh Yüzbəyovun Almond Cake & Bakery üçün çəkildiyi reklam videosu sosial şəbəkələrdə geniş müzakirə olunur.
Reklamda qadın obrazlarının təqdimatı bəzi istifadəçilər və blogerlər tərəfindən tənqid edilib. Bloger Cavid Süleymanlı iddia edib ki, paylaşımından sonra Taleh Yüzbəyov onunla əlaqə saxlayaraq sərt ifadələr işlədib.
Daha sonra bloger bildirib ki, məsələ ilə bağlı aktyorun vəkili ilə danışılıb və problemin sülh yolu ilə həlli üçün razılıq əldə olunub. Onun sözlərinə görə, Taleh Yüzbəyov daha sonra üzr istəyib.
Müzakirələr aktyorun sosial şəbəkədə paylaşdığı “Əziz xanımlar, kişilər kimi sizi də tənqid etmək mümkündür və bu normaldır” ifadəsindən sonra daha da artıb. Bir sıra istifadəçilər bu açıqlamaya etirazlarını bildiriblər.
Mənbə: EKMxəbər

