TƏBİB: Yeni islahat regionlarda həkim çatışmazlığını azalda bilər

TƏBİB: Yeni islahat regionlarda həkim çatışmazlığını azalda bilər

Regionlara ixtisaslı həkimlərin cəlb edilməsi üçün əlavə ödənişlər və 1,3 regional əmsal tətbiq olunur

Regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün yeni təşviq mexanizmləri tətbiq edilir.

Xəbər Yerində xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramovun sözlərinə görə, Azərbaycanda hər 10 min nəfərə orta hesabla 34,5 həkim düşür. Lakin bu göstərici regionlar üzrə bərabər bölüşdürülməyib.

Bayramov bildirib ki, xüsusilə ixtisaslı həkimlərin regionlarda çatışmazlığı səhiyyə sisteminin əsas problemlərindən biridir. Onun sözlərinə görə, həyata keçirilən əməkhaqqı islahatının məqsədlərindən biri də həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və regionlara mütəxəssislərin cəlb edilməsidir.

TƏBİB rəhbəri qeyd edib ki, regionlarda həkimlərin sayının artırılması üçün əməkhaqqı artımı ilə yanaşı müxtəlif təşviq mexanizmləri də tətbiq olunub.

Belə ki, region həkimləri üçün sabit əlavələrin məbləği artırılıb, görülən işə görə əlavə ödənişlər fərqləndirilib və 1,3 regional əmsal tətbiq edilməyə başlanılıb.

Bayramovun sözlərinə görə, yalnız əməkhaqqının artırılması kifayət deyil. Həkimlərin regionlarda çalışması üçün onların hüquqlarının qorunması, münasib iş şəraiti, müasir infrastruktur və avadanlıqların təmin edilməsi də vacibdir.

O, yeni islahatların regionlarda ixtisaslı həkimlərin sayına müsbət təsir göstərəcəyinə ümid etdiyini bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir