TikTok-da quzu satışı adı ilə vətəndaşları aldadan şəxs saxlanıldı

TikTok-da quzu satışı adı ilə vətəndaşları aldadan şəxs saxlanıldı

Xəbər Yerində xəbər verir ki, sosial şəbəkələrdə xırdabuynuzlu heyvanların satışı ilə bağlı saxta elanlar paylaşaraq insanları aldadan şəxslə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə bir neçə şikayət daxil olub.

“Unikal.az”ın məlumatına görə, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində dələduzluqda şübhəli bilinən 32 yaşlı Orxan Həsənov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, O.Həsənov “TikTok” platformasında quzu satışı ilə bağlı müxtəlif elanlar yerləşdirib.

Elanlarla maraqlanan şəxslərdən ayrı-ayrılıqda müxtəlif məbləğlərdə beh alan şübhəli daha sonra həmin şəxslərlə əlaqəni kəsib.

Faktla bağlı araşdırma davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir