Türkiyədə toy mərasimindən qayıdan qonaqları daşıyan mikroavtobus qəza törədib.
Xəbər Yerində xəbər verir ki, hadisə Bartın şəhərində baş verib.
Məlumata görə, toy qonaqlarını daşıyan mikroavtobus kiçik tutumlu yük avtomobili ilə toqquşub. Zərbənin təsirindən mikroavtobus daha sonra elektrik dirəyinə çırpılıb.
Qəza nəticəsində 3-ü uşaq olmaqla 19 sərnişin və hər iki nəqliyyat vasitəsinin sürücüsü – ümumilikdə 21 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar Bartın Dövlət Xəstəxanasına yerləşdirilib.
Qəzanın səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparılır.




