Tramp Ərdoğan haqqında belə danışdı: “Çətin adamdır, amma…”-VİDEO

Tramp Ərdoğan haqqında belə danışdı: “Çətin adamdır, amma…”-VİDEO

ABŞ Prezidenti görüşün mətbuata açıq hissəsində ötən il BMT Baş Assambleyası çərçivəsində region ölkələrinin liderləri ilə Qəzza məsələsinə həsr olunmuş görüşü xatırladıb və Rəcəb Tayyib Ərdoğan haqqında da danışıb.

Tramp Türkiyə Prezidentini uzun müddətdir tanıdığını bildirərək onu “çox yaxşı dostum” adlandırıb və Ərdoğanın “çətin adam” olduğunu söyləyib.

ABŞ Prezidenti ötən il keçirilən görüşdə iştirak edən ölkələrin Qəzzada müharibənin dayandırılması prosesində mühüm rol oynadığını qeyd edib. O, həmin dövlətlərin Qəzzanın yenidən qurulmasına töhfə verməyə hazır olduğunu da bildirib.

Bu il Nyu-Yorkda keçirilən görüşlərdə isə İranla bağlı müharibə əsas təhlükəsizlik məsələlərindən biri kimi ön plana çıxıb. Körfəz ölkələri müharibənin başa çatdırılmasını və yeni hərbi eskalasiyanın qarşısının alınmasını istəyirlər.

Türkiyə də daha əvvəl ABŞ və İran arasında dialoqun davam etdirilməsinin vacibliyini açıqlayıb. Ərdoğan avqust ayında Tramp ilə telefon danışığı zamanı Türkiyənin sülh səylərinə dəstəyini davam etdirəcəyini bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir