Tramp niyə gizli təyyarəyə keçirildi?

Tramp niyə gizli təyyarəyə keçirildi?

ABŞ Prezidenti Donald Trampın Ankarada keçirilən NATO sammitindən sonra təhlükəsizlik səbəbindən gizli şəkildə başqa hərbi təyyarəyə keçirildiyi iddia olunur.

Xeber yerinde xəbər verir ki, “Washington Post”un məlumatına görə, ABŞ xüsusi xidmət orqanları İran tərəfdarı qrupların mümkün sui-qəsd planlarından narahat olaraq prezidentin uçuşunda təhlükəsizlik tədbirlərini dəyişib.

Bildirilir ki, Tramp əvvəlcə media qarşısında “Air Force One”a daxil olub. Lakin bundan bir neçə dəqiqə sonra onun hava limanında təchizat və ərzaq daşınmasında istifadə olunan yük maşınının köməyi ilə daha kiçik C-32A hərbi təyyarəsinə keçirildiyi qeyd edilir.

Məlumata əsasən, Tramp və ABŞ-ın müharibə naziri Pit Heqset Böyük Britaniyaya məhz həmin təyyarə ilə uçublar. Uçuş zamanı təyyarənin transponderlərinin söndürüldüyü və “Reach 18” hərbi çağırış kodundan istifadə edildiyi bildirilir.

Təyyarə Böyük Britaniyadakı Mildenhall aviabazasına endikdən sonra Tramp yenidən əsas prezident təyyarəsinə keçib və jurnalistlərin qarşısına çıxıb.

ABŞ administrasiyası əvvəlcə uçuş zamanı təyyarə dəyişikliyinin baş vermədiyini açıqlayıb. Bununla belə, “Washington Post” mümkün İran yönümlü sui-qəsd təhdidlərinin prezidentin marşrutunda və uçuşunda gizli dəyişiklik edilməsinə səbəb ola biləcəyini yazıb.

Qeyd edək ki, NATO-nun 36-cı dövlət və hökumət başçıları zirvə toplantısı 7–8 iyul 2026-cı ildə Türkiyənin paytaxtı Ankarada keçirilib.

Mənbə:Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir