Tramp: Rusiya-Ukrayna müharibəsinin sonu yaxınlaşır

Tramp: Rusiya-Ukrayna müharibəsinin sonu yaxınlaşır

Xəbər Yerində xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişənin yaxın zamanda başa çatacağını bildirib.

Tramp bu barədə sentyabrın 16-da Şimali Karolinanın Qastoniya şəhərində keçirilən görüşdə danışıb. O, Vaşinqtonun münaqişənin sona çatdırılması istiqamətində ciddi səylər göstərdiyini deyib.

ABŞ lideri Rusiya və Ukrayna arasında razılaşmanın əldə edilməsinin çətin olduğunu qeyd edərək, tərəflər arasındakı münasibətlərin mürəkkəbliyinə diqqət çəkib. Bununla belə, Tramp münaqişənin “tezliklə başa çatacağını” söyləyib.

O, həmçinin ABŞ və Meksikanın ticarət sazişi üzrə razılaşmaya yaxın olduğunu açıqlayıb.

Trampın açıqlaması münaqişənin nə vaxt və hansı şərtlərlə başa çatacağı barədə konkret tarix və ya razılaşma detalları ehtiva etməyib.

Mənbə: Report.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir