Türkiyə Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü münasibətilə Azərbaycanın Vətən müharibəsində şəhid olan qəhrəmanlarını yad edib.
Xəbər Yerində Xezerxeber.az-a istinadən xəbər verir ki, Türkiyə XİN bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
Nazirliyin paylaşımında Qarabağın azadlığı uğrunda həyatını itirən azərbaycanlı şəhidlərin ehtiramla anıldığı bildirilib.
“27 Sentyabr – Anım Günü ilə bağlı Qarabağ uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət və rəhmətlə anırıq”, – deyə paylaşımda qeyd olunub.
“Bir millət, iki dövlət”
Türkiyə XİN həmçinin vurğulayıb ki, Ankara “Bir millət, iki dövlət” prinsipi ilə Azərbaycanın yanında olmağa davam edəcək.

