Türkiyədə avtomobil dərəyə aşdı: 5 nəfər öldü, 2 yaralı var

Türkiyədə avtomobil dərəyə aşdı: 5 nəfər öldü, 2 yaralı var

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xeberyerinde Türkiyə KİV-ə istinadən xəbər verir ki, idarəetmədən çıxan minik avtomobilinin dərəyə aşması nəticəsində 5 nəfər həyatını itirib, daha 2 nəfər isə xəsarət alıb.

Qəza Taşağıl–Derebucak yolunun Beydiğin məhəlləsi ərazisində qeydə alınıb. İlkin məlumata görə, avtomobil naməlum səbəbdən sürücünün idarəetməsindən çıxaraq uçuruma yuvarlanıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, yanğınsöndürmə, AFAD və jandarma əməkdaşları cəlb olunub. Xilasetmə qrupları dərəyə enərək avtomobildə olan 5 nəfərin hadisə yerində öldüyünü müəyyən ediblər.

Yaralılardan biri hamilə qadındır

Qəza zamanı yaralanan 2 nəfər xəstəxanaya çatdırılıb. Antalya valisi Hulusi Şahin bildirib ki, yaralılardan biri hamilə qadındır.

Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir