Türkiyədə meşə yanğınları: Xəstəxana və yaşayış evləri təxliyə edildi

Türkiyədə meşə yanğınları: Xəstəxana və yaşayış evləri təxliyə edildi

Türkiyənin Antalya, Muğla, Balıkesir və Biləcik vilayətlərində baş verən meşə yanğınlarına havadan və qurudan müdaxilə davam edir. Alovun təhlükə yaratdığı bəzi yaşayış məntəqələri və bir dövlət xəstəxanası ehtiyat məqsədilə təxliyə olunub.

Muğlanın Seydikemer rayonunda kənd təsərrüfatı sahəsində başlayan yanğın meşəyə yayılıb. Güclü tüstü səbəbindən Antalya–Seydikemer avtomobil yolu bağlanıb. Bölgədə 741 nəfərlik heyət, təyyarə, helikopter və digər texnikalarla söndürmə işləri aparılır.

Təhlükəsizlik məqsədilə 121 evdə yaşayan 202 nəfər və Seydikemer Dövlət Xəstəxanası müvəqqəti təxliyə edilib. Fethiyədə baş verən digər yanğın isə nəzarət altına alınıb, 1 hektar meşə sahəsi zərər görüb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir