Azərbaycana səfər edən Türkiyə vətəndaşının paylaşdığı video sosial şəbəkələrdə maraqla qarşılanıb.
Turistin iddiasına görə, taksi sifariş etdikdən sonra sürücü yorğun olduğunu və avtomobili idarə etməkdə çətinlik çəkdiyini bildirib. Daha sonra isə sükanı sərnişinə həvalə edib.
Görüntülərdə Türkiyə vətəndaşının avtomobili idarə etdiyi, taksi sürücüsünün isə ön sərnişin oturacağında yatdığı görünür.
Video sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.

