U-15 millisi üçün seçim turnirdə “Neftçi” birinci oldu

U-15 millisi üçün seçim turnirdə “Neftçi” birinci oldu

2026-cı ilin oktyabrında Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalında ölkəni təmsil edəcək milli komandanın formalaşdırılması məqsədilə keçirilən seçim turnirinin qalibi müəyyənləşib.

Xəbər Yerində xəbər verir ki, AFFA-nın təşkil etdiyi üçgünlük turnirdə “Neftçi” birinci yeri tutub.

Avqustun 21-23-də keçirilən yarışda ötən mövsümü ilk yeddi pillədə başa vuran klublarla yanaşı, “Turan Tovuz” və “Kəpəz” də iştirak edib. Yekun sıralamada “Sabah” ikinci, “Qarabağ” isə üçüncü olub.

Seçim prosesi AFFA-nın texniki direktoru Edmond Klausun rəhbərliyi ilə, Məşqçilər Komitəsinin üzvləri, futbol mütəxəssisləri və Futbolun İnkişafı Departamentinin əməkdaşlarının iştirakı ilə həyata keçirilib.

Növbəti mərhələdə digər klubların da seçim prosesinə cəlb olunacağı bildirilib. Belə ki, klublar 2011-ci il təvəllüdlü futbolçular üçün avqustun 28-də, 2012-ci il təvəllüdlü oyunçular üçün isə avqustun 29-da keçiriləcək seçimlərə hər yaş qrupu üzrə milli komandada oynamaq potensialına malik üç futbolçu təqdim edəcəklər.

Qeyd edək ki, seçimlərin əsas məqsədi ölkə üzrə perspektivli futbolçuları müəyyənləşdirmək və Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalında ölkəni təmsil edəcək güclü milli komanda formalaşdırmaqdır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir