Üç ölkədən gələn azərbaycanlı din xadimləri şəhidlərimizin məzarlarını ziyarət etdi-FOTO+VİDEO

Üç ölkədən gələn azərbaycanlı din xadimləri şəhidlərimizin məzarlarını ziyarət etdi-FOTO+VİDEO

Türkiyə, Gürcüstan və İraqdan Azərbaycana gələn azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti Bakıda bir sıra ziyarətlər həyata keçirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə ölkəyə gələn 50 nəfərlik heyət əvvəlcə Fəxri xiyabana baş çəkib.

Din xadimləri burada Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar.

Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gedib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların məzarları ziyarət edilib, onların xatirəsi ehtiramla yad olunub.

Səfər iştirakçıları həmçinin “Türk şəhidliyi” abidəsini ziyarət edərək Azərbaycan-Türkiyə qardaşlığının və iki xalq arasındakı tarixi-mənəvi bağların rəmzi olan şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.

Mənbə: Oxu.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir