Ucar rayonunda ehtiyatsızlıqdan zəhərlənən qadın həyatını itirib.
Hadisə avqustun 25-də səhər saatlarında rayonun Lək kəndində baş verib.
1977-ci il təvəllüdlü Fərqanə Əlikram qızı Ağayeva yaşadığı evdə ehtiyatsızlıqdan zəhərli məhlul qəbul edib. Vəziyyəti pisləşən qadın xəstəxanaya çatdırılıb.
Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

