Xəbər Yerində xəbər verir ki, Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol rayonunda marşrut avtobusu pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
Hadisə nəticəsində 5 nəfər həyatını itirib. Daha 7 nəfər isə yaralanıb.
Məlumata görə, yaralılar həkim nəzarətinə götürülüb və onlara tibbi yardım göstərilir.
Hadisə ilə bağlı açıqlamanı Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja yayıb.
Mənbə: Apa

