Vüsal Hüseynov: 89 ölkənin vətəndaşı ASAN Viza ala bilir

Vüsal Hüseynov: 89 ölkənin vətəndaşı ASAN Viza ala bilir

Azərbaycanın miqrasiya siyasəti beynəlxalq təcrübəyə uyğun şəkildə formalaşdırılıb və əsas prioritetlərdən biri qanuni miqrasiyanın təşviqidir.

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən media-tur zamanı bildirib.

Onun sözlərinə görə, qanuni miqrasiyanın təşviqi çərçivəsində ölkəyə gəlmək istəyən əcnəbilər üçün prosedurlar sadələşdirilir, xidmətlərin əlçatanlığı artırılır və elektron xidmətlər genişləndirilir.

V.Hüseynov qeyd edib ki, hazırda Azərbaycan 17 ölkənin vətəndaşları üçün vizasız giriş, 89 ölkənin vətəndaşları üçün ASAN Viza sistemi vasitəsilə elektron viza, 11 ölkənin vətəndaşları üçün isə hava limanında viza rəsmiləşdirilməsi imkanı yaradır.

DMX rəisi əlavə edib ki, son aylarda Yaponiya, Oman, Koreya Respublikası, Bosniya və Herseqovina da daxil olmaqla bir sıra ölkələrlə vizasız rejimin tətbiqi istiqamətində yeni addımlar atılıb.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir