Vətən müharibəsinin ilk günü doğulan üçəmlər məktəbli oldu – FOTO

Vətən müharibəsinin ilk günü doğulan üçəmlər məktəbli oldu – FOTO

Vətən müharibəsinin başladığı gün dünyaya gələn üçəmlər – Mehriban, Polad və Mübariz bu il ilk dəfə məktəbə gediblər.

“Xəbər Yerində” xəbər verir ki, altı il əvvəl hərbçi Nadir İbadovun ailəsində dünyaya gələn üçəmlərin məktəbli formasında fotoları sosial şəbəkələrdə paylaşılıb.

Ailənin iki oğul övladına Vətən müharibəsində qəhrəmancasına döyüşən hərbçilərin xatirəsinə Polad və Mübariz, qız övladına isə Mehriban adı verilib.

Nadir İbadov övlad həsrəti ilə 5 il gözlədikdən sonra üçəm atası olacağını öyrənib. O, bu xoş xəbəri Vətən müharibəsi zamanı, Murovdağ zirvəsinin azad edildiyi gün ön cəbhədə olarkən alıb.

İllər sonra həmin üçəmlər artıq məktəbli kimi ilk addımlarını atıblar.

Mənvə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir