Xaçmazda elektrik dirəyindən yıxılan kişi faciəvi şəkildə həlak olub

Xaçmazda elektrik dirəyindən yıxılan kişi faciəvi şəkildə həlak olub

Xaçmaz rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Hadisə rayonun Qoçaqlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, 1962-ci il təvəllüdlü Əbilfərz Balakişiyev elektrik dirəyində iş apararkən müvazinətini itirərək hündürlükdən yıxılıb. O, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində həyatını itirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir